“Bu tarixi qərar idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidi" - AFFA prezidenti

AFFA prezidenti Rövşən Nəcəf 20 yaşadək futbolçulardan ibarət komandalar arasında 2027-ci ildə keçiriləcək dünya çempionatının Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi etməsinə dair FIFA İcraiyyə Komitəsinin qərarı ilə bağlı paylaşım edib.

Presssport.az assosiasiya başçısının fikirlərini diqqətinizə çatdırır:

“FİFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.

Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir. Dəstəyə görə FİFA prezidenti Canni İnfantinoya və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC