Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun ən yaxşı qolu seçilib.
Presssport.az xəbər verir ki, UEFA rəsmi saytı vasitəsi ilə keçirilən səsvermədə ÇL-də 2-ci turun ən yaxşı qolu nominasiyasına 4 namizəd olub.
Namizədlər sırasında "Qarabağ"ın futbolçusu Emmanuel Addainin "Kopenhagen"in qapısına vurduğu qol da yer alıb. Addainin rəqibləri isə "Mançester Siti"dən Erlinq Haaland, "Monako"dan Cordan Teze, PSV-dən İsmael Saibari olub.
Səsvermənin nəticəsinə əsasən, Addainin qolu 1-ci yeri tutub. Azarkeşlərin səsverməsinə nəticəsində Emmanuel hamını qabaqlayıb.
Xatırladaq ki, qanalı yarımmüdafiəçi "Qarabağ” - "Kopenhagen" görüşündə (2:0) komandasının 2-ci qolunu vurmuşdu.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC