FİFA prezidenti Canni İnfantino qurumun İcraiyyə Komitəsinin 2027-ci ildə 20 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək dünya çempionatının Azərbaycan və Özbəkistana verilməsi ilə bağlı qərarını şərh edib.
Presssport.az FİFA-ya istinadən xəbər verir ki, İnfantino hər iki ölkəni təbrik edib:
"İnsanların futbolu həqiqətən sevdiyi iki gözəl ölkə olan Azərbaycanı və Özbəkistanı təbrik edirəm. Ümumilikdə böyük tədbirlərin və xüsusən də idman tədbirlərinin təşkilində təcrübəsi olan iki ölkədən bəhs edirik. Azərbaycan FİFA U-17 qadınlararası dünya çempionatına, Özbəkistan isə FİFA futzal üzrə dünya çempionatına ev sahibliyi edib. Bu iki ölkənin dövlət başçılarının və futbol azarkeşlərinin dəstəyini alırıq. U-20 dünya çempionatını keçirmək Avropa və Asiyada da futbolun inkşafına kömək olacaq".
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC