"Neftçi"nin"GO Sport”da rəsmi mağazamızın açılış mərasimi oldu

“Neftçi” PFK-nın rəsmi mağazası bundan sonra “Gənclik Mall”da yerləşən “GO Sport”da da fəaliyyət göstərəcək. 

Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu gün həmin məkanda “Neftçi Official Fan Store Corner”in açılış mərasimi olub.

Tədbirdə klub rəhbərliyi ilə yanaşı, futbolçuları – Emin Mahmudov, Mustafa Sek və Falaye Sako da iştirak edib. Sevimli komandalarının üzvləri ilə imza günündə görüşən azarkeşlər onlarla xatirə şəkilləri çəkdirib. Açılışa qatılan qonaqlara “Neftçi” PFK-dan xüsusi hədiyyələr də təqdim olunub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC