Nəbiyev qürur duyur: "Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram"

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev və futbolçusu Əli Bəşirov Qəbələdə təşkil olunan 3-cü MDB Oyunlarında Rusiya yığmasına qarşı keçirilən final görüşündən (2:3) sonra fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, Nəbiyev komandanın güclü rəqibə qarşı layiqli mübarizə apardığını söyləyib: “Rəqibin bu turnirdəki ilk 2 oyununu təhlil etmişdik. Bu gün taktiki cəhətdən istədiyimiz hər şey 1-ci hissədə uğurlu alındı. Fasilədən sonra da ardıcıl 2 qol vurduq. Ancaq futbolçularımızın fiziki durumla bağlı problemi matçın sonlarında öz təsirini göstərdi. Millidə onlara fiziki yükləmə verə bilmirik. Çünki buna vaxtımız olmur. Bu gün də 2-ci hissənin ortalarından etibarən komandada eniş yaşandı. Rusiya yığması keyfiyyətli futbolçulardan formalaşan kollektivdi. Təbii ki, 2:0 hesabı ilə önə keçdikdən sonra məğlub olmaq üzücüdü. Buna baxmayaraq, komandamla qürur duyuram. Matçın böyük hissəsində daha aqressiv, istəkli olan tərəf biz idik. Bu komanda ilə gələcəkdə daha böyük işlər görəcəyimizə inanıram”.

Finalda hər 2 qolumuzun müəllifi olan yarımmüdafiəçi Əli Bəşirov məğlubiyyətə görə məyus olduqlarını deyib: “Rusiya yığmasının keyfiyyətli rəqib olduğunu bilirdik. Lakin bu gün daha yaxşı çıxış etdik, gözəl oyun sərgilədik. 2:0 hesabı ilə önə keçdikdən sonra 3 qol buraxmaq üzücüdü. Buna baxmayaraq, komandamızla fəxr edirik”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC