Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi MDB Oyunlarında karate yarışlarına yekun vurulub.
Presssport.az xəbər verir ki, Mingəçevir Kür Olimpiya Mərkəzində baş tutan yarışlarda təmsilçilərimiz ümumilikdə 16 medal (6 qızıl, 3 gümüş, 7 bürünc) qazanıb.
Son gündə Turqut Həsənov (84 kiloqram), İrina Zaretska (68 kiloqram) və Fərid Ağayev (75 kiloqram) çempion olub.
Asiman Qurbanlı (+84 kiloqram) gümüş, Aysu Əliyeva (61 kiloqram), Fərid Şahbazlı (84 kiloqram) və Rəşid Süleymanov (75 kiloqram) bürünc mükafat əldə edib.
Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram), Nuran Rzazadə (67 kiloqram) və Roman Heydərov (fərdi kata yarışında) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Fərid Savadov (60 kiloqram) və Nəzrin Piriyeva (55 kiloqram) gümüş, İnci Əzizova (50 kiloqram), Aslan Dostuyev (67 kiloqram), Ramilə Heydərova, Rövşən Əliyev (hər ikisi fərdi kata yarışlarında) bürünc medallarla kifayətlənib.
Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC