Çempionlar Liqasının II turunda Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda Danimarkanın "Kopenhagen" klubunu 2:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, çempionumuzun qələbə xəbəri Xalq artisti Aygün Kazımovaya səhnədə çıxışı zamanı çatdırılıb.
Pop kraliça məclislərdən birində mahnı ifa edərkən qonaqlar "Qarabağ"ın qalib gəldiyini bildirib.
Kazımovanın həmin anki sevinc dolu reaksiyası isə lentə alınıb və sosial şəbəkələrdə geniş yayılıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC