Emin Mahmudov üçün 200-cü kapitanlıq

Misli Premyer Liqasının VII turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Presssport.az xəbər verir ki, o, 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb. Yarımmüdafiəçinin yubileyində komandası “Zirə” ilə səfərdə məhsuldar heç-heçə edib – 2:2.

Emin ilk dəfə 2017/18 mövsümündə “Neftçi”nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb. 

Onu da bildirək ki, Mahmudov “ağ-qaralar”ın heyətində ümumilikdə 262 oyun keçirib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC