Bu gün Gəncədə III MDB Oyunları çərçivəsində 3x3 basketbol yarışlarına yekun vurulub.
Presssport.az xəbər verir ki, qızlardan ibarət milli komandamız (Polina Şukina, Deniz Gökçöl, Angelina İsmayılova və Leyla Allahverdiyeva) yarımfinalda Özbəkistan yığmasını məğlub edib – 22:10. Finalda millimiz Rusiya yığmasına məğlub olaraq (13:19) Oyunların gümüş mükafatçısı olub. Belarus seçməsi turniri 3-cü pillədə başa vurub.
Oğlanlardan ibarətmilli komandamız (Hüseyn Qaflanov, Emanuel Aqbasan, İsmayıl Abdullayev və Oğuzxan Quliyev) isə yarımfinalda Belarus millisinə məğlub olub (13:16), bürünc medal uğrunda görüşdə isə Özbəkistan seşməsinə məğlub olaraq (15:16) turniri 4-cü pillədə başa vurub. Turnirin qalibi isə Belarus millisini məğlub edən Rusiya yığması olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC