Yunan-Roma güləşçilərimiz 6 medal qazandı - MDB Oyunları

III MDB Oyunlarında güləş yarışlarına yekun vurulub.

Presssport.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 60 güləşçi qələbə uğrunda mübarizə aparıb.

Gəncə Olimpiya İdman Kompleksində keçirilən yarışda millimiz 6 medal qazanıb. Güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.

Təmsilçilərimizdən Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olmaqla, himnimizi səsləndirib. Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) 2-ci, Hikmət Haqverdiyev (55 kq) isə 3-cü yeri tutub.

Beləliklə, güləşçilərimiz ümumilikdə MDB Oyunlarında 20 (5 qızıl, 6 gümüş, 9 bürünc) medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC