FİFA təqvimi dəyişdi - Azərbaycana da təsir edəcək

FİFA 2026–30-cu illərdə kişilərdən ibarət milli komandalar üçün beynəlxalq oyun təqvimində dəyişiklik edib.

Presssport.az xəbər verir ki, bu haqda “The Athletic” nəşri məlumat yayıb. 

Məlumata görə, yerli liqalarda millinin oyunlarına görə sentyabr-oktyabr aylarında yaranan fasilələr birləşdirilib.

Artıq 2 ayrı fasilə əvəzinə sentyabrın sonlarından oktyabrın əvvəlinə qədər davam edəcək vahid beynəlxalq fasilə olacaq. Bu müddətdə milli komandalar 4 oyunadək keçirə biləcək.

Nəticədə ölkə liqalarında, o cümlədən Azərbaycan liqasında 21 sentyabrdan etibarən təxminən 3 həftə fasilə yaranacaq. 

Xatırladaq ki, hazırda sentyabr-oktyabrda ayrı-ayrı 2 beynəlxalq fasilə mövcuddu. Fasilələr biri sentyabrın ilk tam həftəsində, digəri isə oktyabrın 2-ci tam həftəsində başlayır. Hər milli komanda bu fasilələrdə maksimum 2 oyun keçirə bilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC