“Real”ın və Fransa yığmasının 26 yaşlı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe “xoruzlar”ın heyətində məşqlərini bərpa edib.
Presssport.az xəbər verir ki, “üçrənlilər”in kapitanı iş yükünü tədricən artırmaqla, ümumi komanda məşqlərində iştirak edib.
Məşqlərin gedişində Mbappe fərdi proqram əsasında təmrinlərin icrasını da yerinə yetirib.
Bu yerdə bildirək ki, Kilian oktyabrın 4-də İspaniya La Liqası çərçivəsində “Vilyarreal”a qarşı oyunda (3:1) ayaq biləyinin bağlarını zədələmişdi.
Ulduz futbolçunun oktyabrın 10-da Parisdə Azərbaycan yığmasına qarşı 2026-cı il dünya çempionatının seçmə mərhələ oyununda iştirakı sual olaraq qalır. Daha əvvəl “xoruzlar”ın fransız baş məşqçisi Didye Deşamın, ulduz futbolçunun sağlamlığını təhlükəyə atmayacağı ilə bağlı məlumat yayılıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC