İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində Londonda keçirilmiş “Çelsi” – “Liverpul” oyunu (2:1), İngiltərə paytaxtında avtobus sürcüsü işləyən 21 yaşlı İsak adlı şəxsin taleyində “qara zarafat” olaraq əlamətdar olub.
Presssport.az xəbər ki, oyun günü Aleksander İsak işə, özünün sonradan israrla inandırdığı kimi, tamamilə təsadüfən, “Liverpul”un futbol köynəyini geyib.
Bu məqam İsaka baha başa gəlib. İş növbəsində o, avtobusunda “Çelsi”nin doğma stadionu “Stemford Bric” yaxınlığından keçərkən, “zadəganlar”ın bir dəstə azarkeşi tərəfindən hücuma məruz qalıb. “Liverpul”un köynəyi dəlisov dəstəyə qırmızı əsginin buğaya göstərdiyi təsiri göstərib, qızışmış “zadəganlar” yazıq futbolçuya təhqir və söyüşlərə “qonaq” edərək, hədələyib.
Bu azmış kimi, avtobus parkının rəhbərliyi zərərçəkmişi işdən qovub. Rəhbərlik mövqeyini belə izah edib: “Harada yaşadığını, harada “diyirləndiyini” və nə geyindiyini başla düşünməlisən, “boşla” yox…”.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC