Cari mövsümün sonuna qədər “Barselona”dan icarə müqaviləsi əsasında “Monako”da çıxış edən gənc sol cinah hücumçusu Ansu Fati istedadını açmaqda davam edir.
Presssport.az xəbər verir ki, tədricən idman formasını yığmış 22 yaşlı ispaniyalı futbolçu Fransa çempionatında mütləq rekorda imza atıb.
Belə ki, Fati çempionatın ilk 7 turundan sonra Fransa Liqa 1-in cari mövsümünün ən sərrast qolçusudu və mövsümün başlanğıcından bəri çempionatda 5 qolu vurmağa ən tez müvəffəq olmuş oyunçudu. Müvafiq uğuruna nail olmaq üçün Ansuya cəmi 126 dəqiqə kifayət edib. Fati orta hesablı hər 42 dəqiqədən bir qol vurur.
Xatırladaq ki, əvvəlki rekord 77 il əvvələ – 1947/1948-ci illər mövsümünə təsadüf edirdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC