Argentina nəhənginin baş məşqçisi vəfat etdi

Argentina nəhəngi “Boka Xuniors”un baş məşqçisi Migel Anxel Russo 69 yaşında dünyasını dəyişib.
Presssport.az xəbər verir ki, sentyabrda argentinalı mütəxəssisin sidik yollarının infeksion xəstəliyi ilə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilmişdi.

Bir müddət müalicə almış Russonun halı pisləşib və o, sonda vəfat edib.
“Son ana qədər o, futbola böyük şövqünə sadiq idi. Onun koməkçisi Klaudio Ubeda bildirirdi ki, baş məşqçi xəstəxanada ikən, baş verən bütün hadiqələrdən xəbərdar idi. O, işinə aludə idi, həm bir oyunçu, ardınca isə həm də bir məşqçi kimi həmişə mətin döyüşçü idi”, – “Boka Xunior”un düşərgəsindən bildirilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC