Adnan Əhmədzadənin həbsi bu klubu çətin vəziyyətdə qoyub - müqavilə öhdəliklərini yerinə yetirə bilmirlər

Bu mövsüm I Liqanın iddialı klublarından biri kimi qəbul olunan "Mingəçevir" klubu çətinliklərlə üzləşib. Buna iş adamı Adnan Əhmədzadənin həbsi səbəb olub. 

Presssport.az xəbər verir ki, klub rəhbərliyi futbolçular qarşısındakı öhdəlikləri yerinə yetirə bilmir. Çünki müqavilələr bağlanarkən, heç kim gedişatın bu cür olacağını təsəvvür edə bilməzdi. Klubun sponsoru ASTA (Azerbaijan Sport Talents Academy) şirkəti olsa da, maliyyənin Adnan Əhmədzadə tərəfindən ayrılması heç kimə sirr deyil. Buna görə də, "Mingəçevir"in ümidi dövlətdən gələn aylıq 30 min manata qalıb. Amma o məbləğ aylıq xərcləri və müqavilə öhdəliklərini qarşılamaq üçün yetərsizdir. 

Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur (sportal.az).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC