Azərbaycan 184 medal qazandı - III MDB Oyunlarında neçənci olduq?

Azərbaycan ev sahibliyi etdiyi III MDB Oyunlarının medal sıralamasında 2-ci olub.

Presssport.az xəbər verir ki, son gündə Şəkidə keçirilən bədi gimnastika yarışlarında yığmamızın üzvləri aktivimizə daha 6 medal yazdırıb.

Komandamız yarışda ümumilikdə 184 (33 qızıl, 56 gümüş, 95 bürünc) medal qazanıb.

III MDB Oyunlarının qalibi 231 medalla Rusiya olub. Onların aktivində 130 qızıl, 61 gümüş, 40 bürünc medal var.

İlk “3-lüy”ü isə 122 medalla Belarus qapayıb. Bu ölkə 32 qızıl, 38 gümüş, 52 bürünc medala sahib çıxıb.

Bu, Azərbaycan idmançılarının medal sayına görə indiyə qədər keçirilən MDB Oyunları tarixinin ən yaxşı göstəricisi olub. 

Xatırladaq ki, MDB Oyunları 2021-ci ildən keçirilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC