AFFA prezidenti və vitse-prezidenti FiFA-nın Daimi Komitələrinə üzv seçildi

FİFA-nın 74-cü Konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun Daimi Komitələrinin yenidən qurulması qərara alınıb.

Presssport.az xəbər verir ki, bu addımın məqsədi dünya ali futbl qurumunun qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdi.

Bu prosesin nəticəsi olaraq, FİFA Şurasının keçirilmiş son iclasında 2025-29-cu illər dövrü üçün adıçəkilən qurumun Daimi Komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib.

FIİA Şurasının qəbul etdiyi qərara əsasən, AFFA prezidenti Rövşən Nəcəf 2025-29-cu illər dövrü üçün FİFA-nın Kommersiya və Marketinq üzrə Məsləhət Komitəsinin üzvü təyin olunub.

Eyni zamanda, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva Qadın Futbolunun İnkişafı Komitəsinin üzvü seçilib.

Yeni təyinatlar FIFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC