DÇ-2026-ya vəsiqə qazanan 20 yığma bəllidi

2026-cı il dünya çempionatının 20 iştirakçısı bəlli olub.

Presssport.az xəbər verir ki, bu ay əvvəl Misir, daha sonra isə Əlcəzair mundiala vəsiqə qazanıb. Sentyabrda turnirin son mərhələsinə Uruqvay, Kolumbiya və Paraqvay, eləcə də Mərakeş və Tunis yüksəlib.

Daha öncə isə Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador və Braziliya yığmaları seçmə mərhələdən uğurla keçərək dünya çempionatına vəsiqə əldə etmişdi. ABŞ, Kanada və Meksika isə ev sahibi kimi turnirdə iştirak edəcəklər.

Xatırladaq ki, ümumilikdə yarışda 48 komanda mübarizə aparacaq. Turnir gələn il 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC