Şəhid və qazi övladları “Neftçi”nin qonağı olub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və “Neftçi” Peşəkar Futbol Klubunun (PFK_ birgə təşkilatçılığı ilə SOCAR-ın şəhid və qazi əməkdaşlarının övladları ilə görüş keçirilib.

Presssport.az xəbər verir ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan görüşdə əvvəlcə Anatoli Banişevski adına iclas otağında uşaqlara “Neftçi” haqda məlumat verilib və klubun tarixi ilə bağlı video-süjet təqdim olunub.

Daha sonra əsas komandanın baş məşqçisi Samir Abasov və futbolçularla görüşən qonaqlar onlarla xatirə şəkilləri çəkdirib. Uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıb.

Əsas və əvəzedici komandalar arasında keçirilən yoxlama oyununu izləyən qonaqlara “Neftçi” PFK tərəfindən xüsusi hədiyyələr də təqdim edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC