"İtaliya yığmasının baş məşqçisi olmaq üçün haqq ödəməyə hazır o qədər adam var ki…" - Qattuzo

İtaliya yığmasının baş məşqçisi Cennaro Qattuzo hazırkı işi haqda söhbət açıb.
Presssport.az 47 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Burda olmaq üçün haqq ödəməyə hazır o qədər adam var ki… Burda röyalardayammış kimi yaşayıram. Marçello Lippi və Covanni Trapattoni kimi görkəmli məşqçilər haqda düşünürəm və “kim düşünə bilərdi ki, belə bir fürsət qismətim olacaq?”, deyə özümə sual edirəm. Burda illərlə bir çox insanla çalışmışam. ona görə də özümü evdəki kimi hiss edirəm”, deyə Qattuzo vurğulayıb.
Xatırladaq ki, Qattuzo cari ilin iyununda İtaliya yığmasının baş məşqçisi təyin edilib. İtalyan mütəxəssis müvafiq vəzifədə həmyerlisi, 66 yaşlı həmkarı Luçano Spallettini (Spalletti) əvəzləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC