Şahmatçılarımız Avropa çempionatında təltif olunub

Azərbaycan şahmatçıları Eltac Səfərli və Gülnar Məmmədova Gürcüstanın Batumi şəhərində təşkil edilən komandalar arasında Avropa çempionatında öz lövhələrində fərqləndiklərinə görə təltif olunub.

Presssport.az xəbər verir ki, Səfərli 3-cü lövhədə 1-ci yeri tutmaqla qızıl medala layiq görülüb. O, 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.

Məmmədova isə 4-cü lövhədə 3-cü yeri tutub. 8 turda 6 qələbə qazanan şahmatçıya bağlanış mərasimində bürünc medal təqdim olunub.

Tədbirdə Avropa çempionatında 2-ci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib. Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC