Üzgüçülük üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi açıqlanıb.
Presssport.az xəbər verir ki, bu vəzifə isveçrəli Luka Qabriloya tapşırılıb.
Yeni mütəxəssis milli komanda üzvlərinə AÜF-ün baş katibi Oqtay Atayev tərəfindən təqdim olunub. İdmançılarla görüşdə federasiyanın müşaviri Rəşad Əbdürəhmanov, idman direktoru Pyer Ləfonten və idman meneceri Mehdi Məmmədov iştirak edib.
Onu da bildirək ki, 15 il məşqçilik təcrübəsinə malik olan Qabrilo daha əvvəl İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Onun rəhbərliyi altında idmançılar Avropa və dünya çempionatlarında müxtəlif əyarlı medallar qazanıb.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC