"Tərəflərin hər ikisi belə hesab elədi ki, artıq nələrisə dəyişmək daha yaxşı olar - həm futbolçu, həm də bizim üçün. Buna görə müqaviləyə xitam verdik". Bu fikirləri Presssport.az-a açıqlamasında "Qəbələ"nin baş meneceri Nail Kərmov deyib. İordaniyalı cinah yarımmüdafiəçisi Omar Haninin gedişini şərh edən klub rəsmisi həmin mövqeyə gətirilən sabiq legioneri Klesio Baukun qaytarmalarına da toxunub: ""Klesionun özünün də istəyi olub "Qəbələ"yə gəlmək, Azərbaycana qayıtmaq. Burda oynamaq arzusunda idi və biz də bunu bilirdik. Həmçinin də bilirdik ki, qışda öz klubuyla müqaviləsi başa çatır. Bu da onun sərbəst futbolçu olması demək idi. Ona görə Bauka müraciət etdik və danışığımız uğurlu alındı". Kərimovun sözlərinə görə, daha bir transferin olması mümkündü: "Amma hal-hazırda baxdığımız, danışdığımız köhnə-yenilərdən heç kim yoxdu. Olsa, tam yeni oyunçu olacaq, çox güman ki, hücumameylli futbolçu. Əlbəttə, yeni gedişlər ola bilər. Çünki "transfer pəncərəsi" açıqdı. Ola bilər ki, müraciət olunsun və hansısa başqa futbolçuyla da yollar ayrılsın". Qeyd edək ki, "Qəbələ"nin 2,5 illik müqavilə imzaladığı 29 yaşlı Baukun son klubu Finlandiya "Honka"sı olub. MEHMAN SÜLEYMANOV
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC