Cüdoçularımız Meksikadakı Qran-prinin ilk günündə 3 medal qazanıb

Azərbaycan cüdoçuları Meksikanın Qvadalxara şəhərində təşkil olunan Qran-prinin ilk günündə 3 medal qazanıb.

Presssport.az xəbər verir ki, Balabəy Ağayev (60 kq) finalda Braziliya təmsilçisi Miçel Auqustuya ipponla qalib gələrək qızıl medal qazanıb.

Ruslan Paşayev (66 kq) finalda Lukas Sahanı (Finlandiya) üstələyərək çempion olub. 

Əhməd Yusifov (60 kq) isə 3-cü yer uğrunda görüşdə fransalı Enzo Janı məğlub edib.

Yaşar Nəcəfov 1/16 finalda Kipr təmsilçisi Georgios Balayişviliyə (Kipr) uduzub.

Xatırladaq ki, yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunur. Turnirə 33 ölkədən 231 cüdoçu (142 kişi, 89 qadın) qatılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC