“Kəpəz”dən şəhidlərin xatirəsinə ehtiram

18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Kəpəz” Peşəkar Futbol Klubunun üzvləri Gəncə Memorial Kompleksini ziyarət edib.

Presssport.az xəbər verir ki, əvvəlcə 44 günlük Vətən müharibəsi zamanı erməni terrorunun qurbanı olan həmvətənlərimizin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

Daha sonra klub üzvlərinə kompleksin tarixi və müxtəlif dövrlərdə dinc sakinlərə qarşı törədilmiş terror hadisələri barədə ətraflı məlumat verilib.

Onu da bildirək ki, 18 oktyabr Azərbaycan tarixinin ən əlamətdar günlərindən biridir. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Sovetində “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilərək ölkəmizin müstəqilliyi bərpa olunub. Daha sonra dövlət atributlarımız – bayraq, himn və gerb təsdiqlənib.

2021-ci ildə Milli Məclisin qərarı ilə bu tarixi günün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC