Millimizin keçmiş qapıçısı U-21-də işləyəcək - yeni təyinat

Azərbaycanın U-21 yığmasının məşqçilər korpusunda dəyişiklik baş verib.

Presssport.az xəbər verir ki, qapıçılar üzrə məşqçi Hüseyn Məhəmmədov AVRO-2027-nin seçmə mərhələsinin 2 oyunundan sonra U-19 yığmamıza qayıdıb.

Onu isə milli komandamızın sabiq qolkiperi Rauf Mehdiyev əvəzləyib.

O, U-21 yığma komandamızın müvəqqəti baş məşqçisi Rəşad Eyyubova kömək edəcək.

Xatırladaq ki, 49 yaşlı Mehdiyevin son iş yeri mövsüm bitəndən sonra yollarını ayırdığı I Liqa təmsilçisi “Mingəçevir” olub. O, müxtəlif yaş qruplarından ibarət yığmalarımızda, hətta italiyalı Canni de Byazi baş məşqçi olanda qısa müddətdə A millidə qapıçılarla işləyib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC