"Kəpəz"in səfərdə yubiley böyükhesablı qələbəsi

Misli Premyer Liqasının VIII turu “Kəpəz” üçün əlamətdar olub.

Presssport.az PFL-in rəsmi istinadən xəbər verir ki, Gəncə klubunun mövsümdəki ilk qələbəsi “Şamaxı” ilə səfər matçına təsadüf edib - 4:1.

Bu, həm də qərblilərin Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci böyükhesablı səfər qələbəsi olub. “Kəpəz” bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.

Gəncə klubu bunadək səfərdəki son belə qələbəsini “Qəbələ” üzərində qazanıb. 2023-cü il dekabrın 9-da qonaqlar 3:0 hesabı ilə qalib gəlib.

“Kəpəz”in səfərdəki ilk böyükhesablı qələbəsi isə 1992-ci il iyunun 13-də “Plastik”lə görüşdə qeydə alınıb - 3:0.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC