Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."

Vensan Abubakarın “Neftçi”yə keçidinə Türkiyə mətbuatı da yer ayırıb.

Presssport.az xəbər verir ki, duhuliye.com portalı bu keçiddə “Neftçi”nin baş icraçı direktoru Cenk Sümerin böyük pay sahibi olduğunu yazıb.

Qeyd olunub ki, daha əvvəl “Beşiktaş”da çalışan Sümer 2023-cü ildə kamerunlu forvardı İstanbul klubuna geri qayıtmağa razı salmışdı. İndi isə o, Abubakarın “Neftçi”yə gəlişində rol oynayıb.

Portal 33 yaşlı afrikalı futbolçunun Bakı klubuna havayı transfer olunmasını xüsusi qabardıb. Bu yerdə bildirək ki, “Neftçi” ulduz futbolçu üçün transfer haqqı ödəməyib.

Türkiyə mətbuatı onu da yazıb ki, Vensan “Neftçi” ilə 1+1 illik müqavilə imzalayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC