Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində təşkil olunan Qran-pri turnirində 2 qızıl, 1 bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) finalda Çexiya təmsilçisi Husniddin Kərimovu üstələyib.
Eyni uğura Vüsal Qələndərzadə (81 kq) də imza atıb. O, turnirin həlledici görüşündə Eetu İhanamakiyə (Finlandiya) qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Rəşid Məmmədəliyev (73) isə 3-cü yer uğrunda görüşdə kanadalı Castin Lemirzeni məğlub edərək bürünc medalla kifayətlənib.
Xatırladaq ki, daha əvvəl cüdoçularımızdan Balabəy Ağayev (60 kq) və Ruslan Paşayev (66 kq) Meksika turnirinin qalibi olub. Əhməd Yusifov (60 kq) isə bürünc mükafata sahib çıxıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC