“Qarabağ”ın əməkdaşı Yohan Kroyf institutunun mükafatını alıb

“Qarabağ”ın əməkdaşı – əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev nüfuzlu Yohan Kroyf institutunun diplomunu alıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, İdman Menecmenti proqramını tamamlayaraq magistr diplomuna sahib çıxıb.

2024-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunub.

Yohan Kroyf Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC