Misli Premyer Liqası: Cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb

Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.

Presssport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 6 qarşılaşmada 24 qol vurulub.

"Şamaxı" - "Kəpəz" (1:4) və "Sumqayıt" - "Karvan-Yevlax" (4:1) oyunlarında 5, "Neftçi" - "Araz-Naxçıvan" və "İmişli" - "Qəbələ" (hər ikisi 2:2) matçlarında 4, "Turan Tovuz" - "Qarabağ" (1:2) və "Sabah" - "Zirə" (3:0) qarşılaşmalarında 3 qol vurulub.

Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu V tura təsadüf etmişdi.

Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/2022 mövsümünün X turunda qeydə alınıb. Həmin vaxt 4 oyunda 17 qol vurulub və məhsuldarlıq 4,25-ə bərabər olub.

Xatırladaq ki, 2021-ci il noyabrın 6-7-də keçirilən həmin turda "Sabah" - "Zirə" (3:3), "Şamaxı" - "Neftçi" (3:2), "Səbail" - "Qəbələ" (0:2) və "Sumqayıt" - "Qarabağ" (0:4) görüşləri baş tutub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC