"Sabah"ın futbolçusu Aron Maludanın Misli Premyer Liqasının VIII turunda "Zirə"nin qapısına vurduğu qol tarixə düşüb.
Presssport.az xəbər verir ki, oyunun 45+2-ci dəqiqəsində fərqlənən hücumçu "bayquşlar"ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub.
Fransalı vinger "Sabah"dakı qol hesabını açıb. O, məşhur fransalı futbolçu Floran Maludanın oğludu.
Xatırladaq ki, "Sabah" - "Zirə" oyunu Masazır təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC