Milli Paralimpiya Komitəsi və Azərbaycan Üzgüçülük Federasiyası arasında memorandum imzalanıb

Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Üzgüçülük Federasiyası (ASF) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Presssport.az MPK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hər 2 qurum rəsmiləri arasında geniş tərkibdə görüş keçirilib.

Tərəflər arasında paraüzgüçülüyün inkişafı, idmançılar üçün yaradılan şərait, beynəlxalq yarışlara hazırlıq və inklüziv idmanın təşviqi istiqamətində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Memoranduma əsasən, hər iki qurum ölkədə paraüzgüçülüyün inkişafı, fiziki məhdudiyyətli şəxslərin üzgüçülüyə cəlb edilməsi, birgə layihələrin, o cümlədən maarifləndirici təşəbbüslərin həyata keçirilməsi istiqamətində qarşılıqlı fəaliyyət göstərəcək.

Onu da bildirək ki, memorandumu MPK-nın baş katibi Toğrul Rəhimov və ASF-nin baş katibi Oqtay Atayev imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC