Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının katibliyinə rəhbərlik İlahə Qədimovaya həvalə olunub

Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının katibliyinə rəhbərlik Azərbaycan Şahmat Federasiyasının (AŞF) baş katibi İlahə Qədimovaya həvalə olunub.

Bu barədə Presssport.az-a AŞF-in mətbuat xidmətindən verilib.

Bu, Qazaxıstanın paytaxtı Astanada Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının rəhbər şəxslərinin iclasında gerçəkləşib.

Toplantıda ilk çıxış edən FİDE prezidenti Arkadi Dvorkoviç ölkələr arasında mədəni və idman əlaqələrinin genişlənməsində şahmatın xüsusi rol oynadığını bildirib.

İclas zamanı təşkilatın nizamnaməsinin hazırlanması və növbəti il üçün təqvim müzakirə olunub. Eyni zamanda katibliyin idarə olunması, o cümlədən təşkilatın maliyyələşməsi ilə bağlı təkliflər irəli sürülüb.

Ötən il FIDE-yə üzv qəbul edilən təşkilata hazırda Türkiyə Şahmat Federasiyası rəhbərlik edir. 2026-cı ildən isə Türkdilli Ölkələrin Şahmat Assosiasiyasında sədrlik Qazaxıstan Şahmat Federasiyasına ötürüləcək.

Onu da bildirək ki, Türkiyə 6-14 dekabr tarixlərində Qaziantep şəhərində 16 yaşlılar arasında türkdilli ölkələrin şahmat üzrə komanda yarışını təşkil edəcəyini elan edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC