Babək Quliyev UEFA-dan 3 oyuna təyinat alıb

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.

Presssport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində X qrupun 3 oyununda fəaliyyət göstərəcək.

Belə ki, Quliyev oktyabrın 28-də Bolqarıstan - Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino - Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.

Bu qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC