“Neftçi” ulduz futbolçu Vensan Abubakarı transfer etdiyini rəsmən açıqlayıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Kamerun milli komandasının kapitanı artıq “Neftçi” ailəsinin üzvüdür. “45 nömrə”li formanı geyinəcək futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Sonuncu klubu “Hatayspor” olan Abubakar Vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib. O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Super Kubokunun (2024) qalibi olub.
Hücumçu yığmanın heyətində 115 oyun keçirib, 45 qola imza atıb. Abubakar 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb, 2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub.
Onu da bidlirək ki, Vensan "Neftçi"yə azad agent kimi transfer olunub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC