II Liqanın VI turu “Xankəndi”nin böyükhesablı qələbəsi ilə əlamətdar olub. “Araz-Saatlı”nın qonağı olan debütant 14:0 hesablı qələbə qazanıb.
Presssport.az xəbər verir ki, bu, PFL-in bayrağı altında keçirilən yarışların tarixində ən böyük fərqli qalibiyyətdir. 2008-ci ildən Premyer Liqa, I Liqa, II Liqa, Əvəzedicilər liqası, ölkə kuboku və Superkubokunda 14 top fərqi ilə qalib gələn olmamışdı.
“Xankəndi”nin “Araz Saatlı” üzərində 14:0 hesablı qələbəsi ümumilikdə müstəqil Azərbaycanın peşəkar və yarımpeşəkar səviyyəli turnirləri üçün (II Liqanın ötən əsrdəki oyunları nəzərə alınmamaqla) 2-ci ən böyük nəticənin təkrarıdı.
Yalnız 1 dəfə ölkə çempionatı və kubokunda daha böyük fərqə təsadüf olunub. 1993/94 mövsümündə I dəstədə mübarizə aparan komandaların duelində Sumqayıt təmsilçisi “Metallurq” “Göytəpə”ni 15:0 hesabı ilə məğlub edib.
14:0 hesabına isə 3-cü dəfə təsadüf olunub. Əvvəlki qələbələrin hər ikisinə “Şəfa” imza atıb və bu uğurlara ölkə kubokunda nail olub. 1997/98 mövsümündə HHQ İK, 2003/04 mövsümündə isə “Lider Qarabağ”la görüşdə “Şəfa” 14 cavabsız qol vurub. “Xankəndi” Saatlı təmsilçisi üzərində qələbə ilə “Şəfa”nın 22 il əvvəl imza atdığı XXI əsrin rekordunu təkrarlayıb.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC