Mikayıl Cabbarov dünya çempionatında uğurlu çıxış edən güləşçilərimizi təbrik edib

Yunan-Roma güləşçilərimiz ilk dəfə U-23 dünya çempionatında qızıl medal qazanmaqla yeni rekorda nail olub.

Presssport.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" hesabında yazıb.

"Medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirən komandamızın məşqçi heyətini, medal qazanan güləşçilərimizi və onların ailə üzvlərini təbrik edir, gələcək yarışlarda parlaq qələbələrinin davamını gətirmələrini arzulayırıq", - deyə M.Cabbarov bildirib.

Xatırladaq ki, Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçilərindən Elmir Əliyev (55 kq) və Ziya Babaşov qızıl, Ruslan Nurullayev (72 kq) isə bürünc medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC