“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade böyük Avropa futbol turnirlərinin tarixində unikal uğura imza atıb.
Presssport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
27 yaşlı kabo-verdeli futbolçu 3 fərqli turnirdə – “Hakken” (2023-cü il dekabr), FKSB (2025-ci il yanvar) və “Atletik”ə qarşı matçlarda – hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb.
Bu nəticə ilə Andrade Avropa turnirlərində 3 fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.
Dekabr 2023
“Qarabağ” - “Hekken”
Avropa Liqasının qrup mərhələsi
Yanvar 2025
“Qarabağ” - FKSB
Konfrans Liqasının pley-off mərhələsi
Oktyabr 2025
“Qarabağ” - “Atletik”
Çempionlar Liqasının Liqa mərhələsi
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC