Türkiyənin Antalya şəhərində keçirilən "Antalya Friendship Cup" turnirinə yekun vurulub.
Presssport.az xəbər verir ki, "Sabah"ın U-12 komandası turnirdə uğurla çıxış edib.
Qrup mərhələsini 1-ci pillədə başa vuran Məhərrəm Müslümzadənin yetirmələri yarımfinalda Litvanın "Margiris", finalda isə Rusiyanın "Yunayted Yekaterinburq" komandasını məğlub edərək turniri 1-ci sırada - çempion kimi başa vurub.
Antalya Friendship Cup
Yarımfinal
Sabah (Azərbaycan) - Margiris (Litva) - 1:0
Qol: Cavidan Ağayev
Final
Sabah (Azərbaycan) - Yunayted Yekaterinburq (Rusiya) - 3:0
Qollar: Raul Pənahov, Abbas Hüseynli, Nihad Həsənov
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC