"Avrora Qrup"un prezidenti Azərbaycan futboluna töhfələrini vermək, finaldq "Qarabağ"ı görmək istəyir: "İmzalanan sənədin kökündə Elxan Səmədovla o münasibətlər dayanır"

Bu gün Peşəkar Futbol Liqası ilə "Avrora Qrup" arasında sponsorluq müqaviləsi imzalanıb.

Presssport.az xəbər verir ki, şirkətin prezidenti prezidenti Ceyhun Abbasov tədbir zamanı sualları cavablandıraraq ilk olaraq müqavilənin əhəmiyyətindən danışıb:

- Bu gün futbol aləmində bizim üçün çox mümim olan sənədə imza atıldı. PFL-lə "Avrora Qrup" arasında sponsorluq müqaviləsi müqavilə imzalandı. Bundan sonra yarış "Bizon Azərbaycan Kuboku" adlandırılacaq. Bu, bizim üçün çox əlamətdar hadisədir. Çalışacağıq ki, bu missiyanı layiqincə həyata keçirək.

- Müqavilə niyə 1 mövsümlük imzalanıb?

- Biz qarşı tərəfi, onlar da bizi təhlil etmək istədi. Hansı tərəfdən baxsaq, bu, bir biznesdi. Müqavilənin bizim marka dəyərinə gətirəcəyi qatqıdan söhbət gedir. Düşünürük ki, bu anlaşma uzunömürlü olacaq. Azərbaycan futboluna öz töhfəmizi verəcəyik. Futbol idman oyunlarının “şah”ıdı. Azərbaycanda da bu idman növünə böyük maraq var. "Qarabağ"ın son dövrlərdə göstərdiyi performans futbola olan marağı artırır. Markamıza da inanırıq. "Bizon" Azərbaycanın milli brendidi. Məhsullarımız dünyanın 10-a yaxın ölkəsinə ixrac olunur.

- Bir çox şirkətlər futbola sponsorluq etməyə soyuq yanaşır. PFL sizi necə razı sala bildi?

- İdmana olan dəstəyimiz qaçılmazdı. Hazırda bir neçə kluba dəstəyimizi veririk. "Zirə", "Araz-Naxçıvaan" və "Sabah"a kömək edirik. Bu da bir təklif idi. Biz də bunu layiqincə dəyərləndirdik.

- Maliyyə şərtləri barədə məlumat verə bilərsiz?

- Bu, konfidensial məsələdi.

- Kuboku hansı klubun qazanmasını istəyərdiz?

- Finalda "Qarabağ"ı görmək istəyərəm.

- "Bizon" kubokun sponsoru olmaqla PFL-ə dəstək olacaq. Bəs, bunun qarşılığında PFL sizə nə verəcək?

- Reklamın gücü "2x2=4" deyil. Bunu dərhal ölçmək çətindi. Markaya verilən marketinq dəstəyi yaxın zamanda özünü göstərir. "Avrora Qrup" olaraq düşündük ki, PFL-lə bu addımı atsaq, bizim üçün uğurlu olacaq.

- PFL prezidenti Elxan Səmədovla daha əvvəldən tanışlığınız olub?

- Özüm həvəskar futbolçuyam, 45 ildi futbol oynayıram. "Avrora Qrup"un daxilində 36 komanda fəaliyyət göstərir, ilboyu oynayırıq. Mən də bir komandanın üzvüyəm. Elxan müəllimləçoxdan münasibətimiz var. Futbol meydanlarında çox görüşmüşük. Bu gün imzalanan sənədin kökündə o münasibətlər dayanır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC