PFL rəsmisi kubokun qalibinə pul mükafatının ayrılmayacağı açıqlayıb: "Böyük vədlər verib yalançı çıxmayaq, amma müəyyən planlar var"

Bu gün Peşəkar Futbol Liqası ilə "Avrora Qrup" arasında Azərbaycan Kuboku üçün sponsorluq müqaviləsi imzalanıb.

Presssport.az xəbər verir ki, bundan sonra turnir "Bizon Azərbaycan Kuboku" adlanacaq. PFL-in Media və marketinq direktoru Sənan Abdullayev tədbir zamanı sualları cavablandıraraq ilk olaraq tədbirlə bağlı danışıb

- Bu, həm Peşəkar Futbol Liqası, həm də Azərbaycan futbolu üçün yeni mərhələdi. Hər 2 tərəfin peşəkarlığı bu anlaşmada önəmli rol oynadı. Bu yöndə bir neçə qurumla danışıqlar olmuşdu. Amma danışıqlar müəyyən mərhələdən sonra dayanırdı. "Avrora Qrup"dan tam peşəkar yanaşma gördük. Ceyhun bəyin dediyi kimi, onun da futbol oynaması bu addımda rol oynadı. Çox sevinirik. Uzun müddətdən sonra turnirin sponsoru olacaq, "Bizon Azərbaycan Kuboku" adlanacaq. Bu, bizim üçün də, qarşı tərəf üçün də önəmlidi. Azərbaycan futbolu üçün xeyirli olsun. 

- Aşağı liqalara sponsor tapmaqla bağlı perspektivlər var?

- Təbii ki, bu yöndə işlər davam edir. Kuboka sponsor tapmaqla tilsimi sındırdıq. I Liqa və II Liqa ilə bağlı da planlarımız var. Danışıqlarımız davam edir. Ümid edirəm ki, burda gördüyümüz peşəkar yanaşmanı digər yerlərdə də görərik. 

- Kubokun qalibi üçün xüsusi mükafat nəzərdə tutulub?

- Planlar var. Bütün sirlərin üstünü açmayaq. Mərhələnin ən yaxşı qolunu seçməyi düşünürük. Bu, "Bizon" tərəfində seçiləcək. Media nümayəndələri ilə bağlı da planlarımız var. Böyük vədlər verib yalançı çıxmayaq, amma müəyyən planlar var. Əminəm ki, Azərbaycan futbolu müsbət nəticəsini görəcək.

- "Bizon" şirkəti maliyyəni ayıracaq. Amma onun necə xərclənəcəyini PFL müəyyənləşdirəcək?

- Qalibə pul mükafatının ayrılması planda yoxdu. Bu, həm bizim üçün, həm də "Bizon" üçün bir sınaqdı, ilkin mərhələdi. Uzunmüddətli ola bilər. Burda qazanılan hər şey Azərbaycan futboluna yönəlməlidi. İlk mərhələ olduğuna görə böyük vədlər verə bilmirik.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC