“Turan Tovuz” baş məşqçisi Kurban Berdıyevlə müqavilənin uzadılması variantını aktivləşdirib.
Presssport.az xəbər verir ki, bu barədə Rusiyanın Sport24.ru portalı yazıb.
Qeyd olunub ki, Berdıyevin hazırkı sözləşməsi cari mövsümün sonunda – 2026-cı il iyunun 30-da başa çatırdı. Lakin klub rəhbərliyi mövsümün sonunu gözləmədən sözləşmədəki “+1”dən istifadə edib.
Nəticədə 73 yaşlı Berdıyevin müqaviləsi 2027-ci ilin iyunun 30-dək uzadılıb.
Rusiyalı həmkarlarımız klub rəhbərliyinin bu qərarını “Turan Tovuz”un ölkə çempionatındakı uğurlu nəticələri və liderliyi ilə əlaqələndirib.
Həmçinin iddia olunub ki, “Turan Tovuz” rəhbərliyi Berdiyevə ən azı 3 il müddətinə daha yaxşı şərtlərlə yeni müqavilə təklif etməyi planlaşdırır.
Xatırladaq ki, 9 turdan sonra “Turan Tovuz” 18 xalla Azərbaycan Premyer Liqasında liderdi. Lakin 2-ci pillədə qərarlaşan və 17 xalı olan “Qarabağ” Tovuz klubundan 1 oyun az keçirib
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC