Asim Xudiyev "Qarabağ"ın ÇL-dən kənarlaşdırdığı klubun oyununa təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Presssport.az xəbər verir ki, o, Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində noyabrın 6-da keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) - “Yagelloniya” (Polşa) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Skopye şəhərində “Todor Proeski” adına milli stadionda baş tutacaq.

Xatırladaq ki, “Şkendiya” “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasından (ÇL) kənarlaşdığı klubdu. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC