Qırğızıstan Premyer Liqasında çıxış edən "Özgön" klubunun nümayəndə heyəti "Palms Sports" Futbol Mərkəzində "Neftçi"nin qonağı olub.
Presssport.az xəbər verir ki, onlar “ağ-qaralar”ın baş icraçı direktoru Cenk Sümer, futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov və digər klub rəsmiləri ilə görüşüb.
Tədbirdə klubların birgə əməkdaşlıq perspektivi müzakirə olunub və bununla bağlı fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar "Palms Sports" Futbol Mərkəzi ilə yaxından tanış olub.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC