Mahir Emreli komandasına vurulan qolu bəyəndi - etiraz səbəb oldu, tənqidə tuş gəldi

Almaniyanın II Bundesliqa təmsilçisi “Kayzerslautern”də çıxış edən millimizin futbolçusu Mahir Emreli yenidən gündəmə gəlib.

Presssport.az xəbər verir ki, 27 yaşlı hücumçumuz komandasının ötən tur "Nürnberq"lə oyunda (1:1) buraxdığı qolu sosial şəbəkədə bəyənib.

Bu isə etirazlara səbəb olub. 

Mahirin sabiq komanda yoldaşı Robin Knox penaltidən vurduğu qolu “İnstaqram” səhifəsində paylaşıb. Emreli isə onun bu paylaşmını bəyənib.

Bu addımı ilə azarkeşlərin etiraz hədəfinə çevrilən Mahir sosial mediada tənqid olunub.

Xatırladaq ki, Emreli son 6 matçda “Kayzerslautern”in iştirak ərizəsinə salınmayıb. Klubda işləri yaxşı getməyən hücumçunun komandasını tərk edəcəyi ilə bağı xəbərlər yayılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC