Mikayıl Cabbarov: "U-23 dünya çempionatı Azərbaycan güləşi üçün tarixi uğurla yadda qalıb"

Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatı Azərbaycan güləşi üçün tarixi uğurla yadda qalıb.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

Qurumun rəhbəri idmançıları qazandıqları medallara görə təbrik edib:

"U-23 dünya çempionatında Azərbaycan güləşi üçün tarixi uğur! Komandamız Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda parlaq çıxış edərək 7 medal qazandı - 3 qızıl, 1 gümüş və 3 bürünc. Bu nəticə Azərbaycanın U-23 dünya çempionatları tarixində ən yaxşı göstəricidir! İradə, intizam və xarakter nümayiş etdirərək bayrağımızı bir daha ucaldan güləşçilərimizlə qürur duyuruq! Bu möhtəşəm nailiyyət münasibətilə idmançılarımızı, onların məşqçilərini və valideynlərini ürəkdən təbrik edirik. Gələcək daha da parlaqdır - yeni qələbələr bizi gözləyir".

Xatırladaq ki, Novi Sadda Elmir Əliyev (55 kq), Ziya Babaşov (63 kq) və Kənan Heybətov (70 kq) dünya çempionu olub. Xetaq Karsanov (125 kq) gümüş medal qazanıb. Ruslan Nurullayev (72 kq), Günay Qurbanova (59 kq) və Ali Tsokayev (86 kq) isə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC