Paragüllə atıcımız Dünya Kubokunda da medalçı olub

Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Əyn şəhərində keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Presssport.az xəbər verir ki, o, 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada (P1) 215 xal toplayaraq fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

İdmançı noyabrın 5-dək davam edəcək turnirdə 50 metr (P4) və 10 metr üzrə qarışıq komanda (P6) yarışlarında da mübarizə aparacaq.

Xatırladaq ki, Zeynalov ötən ay Avropa çempionatında 1 qızıl, 2 gümüş medal qazanmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC