Moldovanın paytaxtı Kişinyovda cüdo üzrə U-23 Avropa çempionatı start götürüb.
Presssport.az xəbər verir ki, ilk yarış günündə Azərbaycan millisi aktivinə bir qızıl medal yazdırıb.
Belə ki, 66 kiloqram çəki dərəcəsində çıxış edən İslam Rəhimov finalda Niderland idmançısı Yoxem van Harten üzərində əzmkar qələbə qazanaraq çempion olub.
Turnirə 1/16 finaldan başlayan İslam Rəhimov ardıcıl olaraq slovakiyalı Roman Dekan və xorvatiyalı Dani Klaçarı mübarizədən kənarlaşdırıb. Növbəti görüşdə Ermənistan idmançısı Jirayr Hambaryanı məğlub edən cüdoçumuz final yolunda son olaraq Nazar Viskova qalib gəlib.
Onu da bildirək ki, Rəhimov 4 il əvvəl yeniyetmələr arasında Avropa çempionu tituluna yiyələnmişdi.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC